"Neftçi" və "Qarabağ"ın oyunları bu kanallarda
Digər

"Neftçi" və "Qarabağ"ın oyunları bu kanallarda

  • 2021-08-12

Bu gün keçiriləcək Avropa Liqasının 3-cü təsnifat mərhələsinin "HİK" (Finlandiya) - "Neftçi" oyunu və Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Qarabağ" - "AEL" (Kipr) görüşü canlı yayımlanacaq.

Bakı klubunun matçı "İdman TV"də, Ağdam təmsilçisinin qarşılaşması isə "CBC Sport" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, hər iki oyun saat 20:00-da başlayacaq.