"Mançesterdə hələ çox qalacam"
- 2021-08-11
Mançester Yunaytedin qapıçısı David De Xea klubdakı 10-cu ilini qeyd edib.
İspaniyalı qapıçı 10-cu il dönümünü qeyd edərkən Old Trafordda hələ bir neçə il qalmağı planlaşdırdığını açıqlayıb.
Klubun rəsmi saytında yayımlanan müsahibədə, De Xea, Mançester Yunayteddə oynamağın onun üçün qürurverici olduğunu deyib:
"Mən artıq uzun illərdir ki, burada oynayıram və bununla qürur duyuram. Düşünürəm ki, qarşıdan gələn bir neçə ili də burada keçirəcəm. İndiyə köklənmək lazımdır, yeni seozun üçün özümü güclü hiss edirəm və özümə inanıram.
Qeyd edək ki, 30 yaşlı De Xea 2011-ci ildə Atletiko Madriddən Mançester Yunaytedə transfer edib. İspaniyalı, indiyə qədər 441 oyunda qırmıızı şeytanların qapısını qoruyub.