İnyesta Messi barədə danışdı
Digər

İnyesta Messi barədə danışdı

  • 2021-08-11

"Barselona"nın sabiq futbolçusu Andres İnyesta Lionel Messinin "PSJ"yə keçidindən danışıb.

Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən 37 yaşlı yarımmüdafiəçi AFP-yə açıqlamasında bu gedişin "Barselona"ya çox çətinlik yaradacağını bildirib:

"Barselona"da nə baş verdiyini, hadisələrin necə inkişaf etdiyini bilmirəm, amma klubun bu gedişdən sonra özünə gəlməyi üçün vaxt lazım olacaq.

Messini başqa komandanın formasında görmək ağrılı olacaq. Leo "Barsa"nı təcəssüm etdirir. O, klub üçün hər şeydir. Messi bir komandadan çox olan oyunçudur. Mən heç vaxt belə oyunçu görməmişəm. Heç görməyəcəyimi də düşünmürəm. "Barselona" ən yaxşı klublardan biri olaraq qalacaq. Bu klub zirvədə olmalıdır".

Qeyd edək ki, Messi ilə İnyesta 14 il (2004 - 2018) "Barselona"da komanda yoldaşı olublar.