UEFA Superkubokunun sahibi bəlli olur
Digər

UEFA Superkubokunun sahibi bəlli olur

  • 2021-08-11

Bu gün UEFA Superkuboku uğrunda oyun keçiriləcək.

Şimali İrlandiyanın paytaxtı Belfastda təşkil ediləcək görüşdə İngiltərənin "Çelsi" və İspaniyanın "Vilyarreal" klubları üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Koronavirus pandemiyası səbəbindən stadiona ümumi azarkeş tutumunun 70 faizi qədər - 13 000 tamaşaçı buraxıla bilər.

Xatırladaq ki, "Çesli" Çempionlar Liqasının, "Vilyarreal" isə Avropa Liqasının son qalibi kimi Superkubok matçına çıxır.

11 avqust

UEFA Superkuboku

23:00. "Çelsi" (İngiltərə) - "Vilyarreal" (İspaniya)
Baş hakim
: Sergey Karasyov (Rusiya)
Belfast. "Uindzor Park" stadionu