“Real” daha bir futbolçusunu itirdi
Digər

“Real” daha bir futbolçusunu itirdi

  • 2021-08-10

“Real” daha bir ciddi itki ilə üzləşib.

Madrid təmsilçisinin yarımmüdafiəçisi Dani Sebaylos sıradan çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçunun Tokio-2020 Yay Olimpiya Oyunları zamanı İspaniya yığmasının düşərgəsində zədə aldığı bildirilib. Müayinələr nəticəsində futbolçunun ayaq biləyinin bağlarının qopduğu məlum olub.

Qeyd edək ki, bir neçə gün öncə “Real”ın daha bir yarımmüdafiəçisi Toni Kroosu da zədələnib.