Tuxel, Temmi Abrahamdan danışdı
Digər

Tuxel, Temmi Abrahamdan danışdı

  • 2021-08-10

Çelsinin baş məşqçisi, Tomas Tuxel, Temmi Abrahama ötən mövsüm az şans verdiyi üçün məsuliyyəti öz üzərinə götürüb.

Romanın 23 yaşlı hücumçuya 34 milyon funt sterlinq təklif etdiyi ərəfədə, Tomas Tuxel, Abrahamın Çelsidəki vəziyyətindən danışıb:

"Mən hazırki vəziyyətdən danışmayacam, transfer doğrumudur ya yox, bunu deməyəcəm. Hazırda Temmi Superkubok oynunun heyətinə daxildir və matça hazırlaşır. O, son yarım ildə xoşbəxt deyildi və mən düşünürəm ki, bu mənim günahım olub. Mən ona təzyiq göstərmədim və digərləri qədər inanmadım".

Qeyd edək ki, Tuxel yanvar ayında Lempardı əvəzləyəndən, Temmi Abraham, 7 görüşdə meydana buraxılıb və aktivinə 12 qol yazdırmağı bacarıb.