Reşford çiyin əməliyyatından uğurla çıxdı
- 2021-08-10
Mançester Yunaytedin hücumçusu, Markus Reşford, çiyin əzələsindəki travmaya görə əməliyyat olunub.
İngiltərə millisinin 23 yaşlı oyunçusu 2020-ci ilin noyabrında çiyin əzələsini zədələsə də, 2020/21-ci il mövsümünü və Avro 2020-ni bıçaq altına uzanmadan keçirə bilib. Lakin Mançester Yunaytedin həkim heyəti və rəsmiləri ona əməlliyat olunmağın vacib olduğunu deyiblər.
Əməliyyatı uğurlu keçirən Reşford, twitter hesabından paylaşım edərək vəziyyətinin yaxşı olduğunu bildirib.
Qeyd edək ki, hücumçu mövsümün ilk iki ayını yaşıl meydanlardan kənarda keçirməli olacaq.