Messi Parisə gedir
Digər

Messi Parisə gedir

  • 2021-08-10

PSJ-yə transfer olunacağı gözlənilən "Barselona"nın sabiq hücumçusu Lionel Messi Parisə uçmaq üçün Barselonanın El Prat hava limanına gedib.

Sosial şəbəkədə argentinalı oyunçunun hava limanındakı şəkli yayılıb. Şəkildə Messinin oğlunun əynindəki köynəkdə  Made in Italy sözləri yazılması diqqət çəkib.

Qeyd edək ki, 34 yaşlı futbolçunun Paris təmsilçisi ilə 2+1 illik müqavilə imzalayacağı bildirilir.