UEFA Superkubokunun məkanı açıqlandı
Digər

UEFA Superkubokunun məkanı açıqlandı

  • 2021-06-04

"Çelsi" UEFA Superkuboku matçının məkanını açıqlayıb.

London təmsilçisinin "Vilyarreal"a qarşı keçirəcəyi oyun avqustun 11-i Şimali İrlandiyanın Belfast şəhərindəki "Vindzor Park" stadionunda olacaq.

Qeyd edək ki, "Çelsi" Çempionlar Liqasının qalibi, "Vilyarreal" Avropa Liqasının qalibi kimi Superkubokda iştirak edəcək.