Messinin forma nömrəsi əbədiləşdirilməyəcək
Digər

Messinin forma nömrəsi əbədiləşdirilməyəcək

  • 2021-08-10

"Barselona" klubdan ayrılan Lionel Messinin forma nömrəsini əbədiləşdirməyəcək.

Bu barədə "The Sun" məlumat yayıb. Kataloniya klubu La Liqadakı qaydalar səbəbindən belə bir addım ata bilməyəcək. Əsasnaməyə görə, çempionatda iştirak edən komandalar 1-dən 25-dək rəqəmlərdə forma nömrələri ilə oynayan futbolçuların siyahısını quruma təqdim etməyə borcludur.

Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsi iyunun 30-u başa çatıb. Klub avqustun 5-i onunla yeni müqavilə imzalamayacağını açıqlayıb.