İbrahimoviçin son durumu
Digər

İbrahimoviçin son durumu

  • 2021-08-10

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviç yeni mövsümün əvvəlində meydana çıxa bilməyəcək.

Bu barədə "La Gazetta dello Sport" məlumat yayıb. 39 yaşlı hücumçu hələ komanda ilə məşqlərə başlamayıb və fərdi hazırlıq prosesi keçir. Bu səbəbdən o, A seriyasının 1-ci turunda "Sampdoriya"  ilə görüşü buraxacaq. İbrahimoviçin 2-ci turda "Kalyari" ilə matçda (29 avqust) da iştirak etməyəcəyi gözlənilir.

Qeyd edək ki, isveçli oyunçu mayın 9-u "Yuventus"la görüşdə dizindən zədə alıb. O, iyunda əməliyyat  olunub.