Messi Fransaya getmədi
Digər

Messi Fransaya getmədi

  • 2021-08-09

"Barselona"dan ayrılan və PSJ-yə keçəcəyi gözlənilən Lionel Messi Parisə uçmayıb.

Bu barədə jurnalist Marria Garridon məlumat yayıb. Bildirilib ki, PSJ azarkeşləri 34 yaşlı hücumçunu Paris-Le-Bourget hava limanının qarşısında gözləsələr də, o, Fransaya uçmayıb. Messi sabiq komanda yoldaşı Luis Suareslə birgə Barselonadakı evindədir.


Qeyd edək ki, Messinin PSJ ilə 2+1 illik müqavilə üçün razılığa gəldiyi barədə xəbərlər yayılıb.