Foden 1 ay yaşıl meydanlardan uzaq qalacaq
- 2021-08-09
"Mançester Siti" ciddi itki ilə üzləşib.
"The Telegraph"da verilən xəbərdə bildirilir ki, Fil Foden sıradan çıxıb. Avro-2020 ərəfəsində ayağında problem olan 21 yaşlı yarımmüdafiəçi məşq zamanı yenidən zədələnib. Onun ən azı 1 ay komandasına kömək edə bilmyəcəyi məlum olub.
Beləliklə, Foden İngiltərə Premyer Liqasının ilk 3 turunda "Tottenhem", "Norviç Siti" və "Arsenl"la oyunu buraxacağı dəqiqdir. O, eyni zamanda İngiltərə millisinin DÇ-2022-nin seçmə mərhələsində Macarıstan, Andorra və Polşa ilə görüşləri də buraxacaq