İnyesta: “Barselona”nı sənsiz təsəvvür etmək çox çətindir"
Digər

İnyesta: “Barselona”nı sənsiz təsəvvür etmək çox çətindir"

  • 2021-08-09

“Barselona”nın sabiq futbolçusu Andres İnyesta Lionel Messinin klubdan ayrılmasına münasibət bildirib.

Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən 37 yaşlı yarımmüdafiəçi İnstaqramdakı paylaşımında Messi haqda bunları yazıb:

“14 il birlikdə oynadıq. Bir çox fərqli anlar yaşadıq. “Barselona”nı sənsiz təsəvvür etmək çox çətindir. Hər şey sənin üçün əla olsun. Uğurlar, Leo. Səninlə oynamaq xoş idi”.

Xatırladaq ki, iyunun 30-da "Barselona" ilə müqaviləsi başa çatan Messinin sözləşməsi yenilənməyib. Onun PSJ-yə keçəcəyi gözlənilir.