Messi göz yaşlarını saxlaya bilmədi
Digər

Messi göz yaşlarını saxlaya bilmədi

  • 2021-08-08

 Lionel Messi "Barselona"dan ayrılması münasibətilə keçirdiyi mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib.

İspaniya mətbuatı xəbər verir ki, argentinalı futbolçu konfrans başlamazdan əvvəl duyğularına hakim ola bilməyib.  Jurnalistlər alqışlarla onu dəstəkləyiblər.

Messi öz emosional çıxışında yaranan vəziyyətin onu "şok"a saldığını etiraf edib:"Mən buna hazır deyildim, bu çox çətindir. Keçən il getməyə qərarlı idim, amma bu il məsələ fərqli idi. Mən və ailəm burada yaşamağa davam etmək istəyirdik. 21 il sonra mən buranı 3 Katalon-Argentinalı uşaqlarımla tərk edirəm. Komanda yoldaşlarıma və yanımda olan hər kəsə təşəkkürümü bildirirəm. Mən kluba ilk gəldiyim gündən sona qədər onun üçün hər şey etdim. Sağollaşmağı heç ağlıma gətirməmişdim. Bacardığım hər şeyi etdim, onlar (Barsa) isə La Liqaya görə bunu bacarmadılar".

Mətbuat konfransında jurnalistlər, Messinin PSJ-yə keçəçəyi ətrafında dolanan şayiələrin doğruluğu ilə bağlı ona sual verdikdə isə argentinalı məlumatı təsdiqləyib və bu transferin mümkün olacağını vurğulayıb:"Hələ ki, heç nə dəqiqləşməyib, lakin, bəli, bu mümkündür".

Xatırladaq ki, avqustun 5-i "Barselona" Messi ilə başa çatan müqavilənin müddətini uzatmayacağını açıqlayıb. Bunun səbəbi İspaniya La Liqasının nizamnaməsində yazılan maliyyə və struktur maneələridir.