Baş məşqçi Ronald Kuman Messidən danışdı
Digər

Baş məşqçi Ronald Kuman Messidən danışdı

  • 2021-08-07

  "Barselona"nın baş məşqçisi Ronald Kuman Lionel Messiyə uğurlar arzulayıb.

Bu barədə rəsmi twitter səhifəsində paylaşım edən baş məşqçi bu sözləri deyib:

 "Bir daha "Barselona" üçün oynamayacağınızı başa düşmək doğrudan çətindir. Klubumuz üçün etdiyiniz hər bir şey üçün təşəkkürlər Lio.Birlikdə çalışdığımız bu müddətdən həqiqi mənada həzz aldım.İş etikanız və hər zaman qazanmaq arzunuz məni həqiqətən heyran edir".