Qvardiola: "Başqa 3-4 oyunçuda "Mançester Siti"dən ayrılmaq istəyir"
Digər

Qvardiola: "Başqa 3-4 oyunçuda "Mançester Siti"dən ayrılmaq istəyir"

  • 2021-08-07

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Bernardo Silvanın klubdan ayrılmaq istəməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib .

"Sky Sports"da verilən xəbərdə bildirilir ki, Pep Qvardiola bu məsələ ilə bağlı bunları deyib: "Tək Bernardo yox, klubdan ayrılmaq istəyən 3-4 oyunçu var, amma onlar müqaviləli futbolçularımızdır. Bəzi təkliflər olduqda və ayrılmaq istədikdə, komandadakı bütün oyunçularla hər şeyi müzakirə etməyə hazırıq".

Qeyd edək ki, Silva ötən mövsüm İngiltərə Premyer Liqasında meydana çıxdığı 26 oyunda 2 qol vurub və 6 qolun ötürməsini verib.