Müdafiəçi Serxio Ramos karyerası ərzində neçə dəfə qırmızı vərəqə görüb?
- 2021-08-07
Serxio Ramos karyerası boyunca hakim qərarına etirazlarıyla məşhurdur. O, Real Madrid,Çempionlar Liqası,La Liqa,El Klasiko və İspaniya millisində olduğu müddətdə sarı və qırmızı vərəqələrin əksəriyyətini görmüş hesab olunur. 35 yaşlı oyunçu, İspaniyanın ən çox vərəqə alan oyunçu rekorduna sahibdir və 191 dəfə heyrətamiz şəkildə hakimin kitabına daxil olduğu məlumdur.Bu günədək 171 sarı,20 qırmızı vərəqə göstərilmişdir ki,bununla da,La Liqa tarixinin keçmiş rekordçusu Alberto Loponu üstələməyi bacarmışdır. Ramos, həmçinin La Liqa tarixində ən çox meydandan qovulan oyunçu kimi də yaddaşlarda qalıb.Çempionlar Liqasında isə 40-ı sarı,4-ü qırmızı olmaqla 44 vərəqə alan Ramos, turnir tarixində ən çox kartlı,xüsusilə ən çox qırmızı vərəqə alan oyunçu adını qazandı.Eyni zamanda 24 sarı vərəqə ilə İspaniya milli yığmasının tarixində ən çox vərəqə görən oyunçu olduğu bildirilir.
Ötən ayın əvvəlində Madriddəki 16 illik fəaliyyətinə son qoyan Ramos, 2023- cü ilə qədər Paris Sen-Jemen ilə müqavilə imzaladı.Gəlin etiraf edək ki, Liqa 1-də ilk vərəqəni alması da zaman məsələsidir.