Futbol tarixindəki 20 maraqlı rekord
Digər

Futbol tarixindəki 20 maraqlı rekord

  • 2021-08-07

Penalti.az olaraq futbol tarixində rekordları araşdırıb onlardan 20-ni sizlər üçün topladıq.

1. Frans Bekenbauer, yubiley oyununda avtoqol vuran yeganə oyunçudur.

2. Əfsanəvi ingilis futbolçu Qari Lineker, karyerasında 20 ilə yaxın müddətdə bir sarı vərəqə belə görməmişdir.

3. 2000-2001 mövsümündə “Bristol City”-“Brendford” oynunun ilk hissəsində 23 dəqiqə itirilmiş vaxt oynanıldı və bu müddətdə 2 qol vuruldu. Eyni oyunda Bristolun hücumçusu Loyd Ovusunun ayağı sındı və çiyni çıxdı.

4. Paulo Araujo eyni oyunda 5 kart görərək rekord qırdı. Hadisənin səbəbi oyundan kənarlaşdırılan braziliyalı futbolçunun hakimin fikrini yayındıraraq onun fərqinə varmadan oyunu davam etdirməsi olub.

5. “Charlton” klubu 1957-ci ildə 10 oyunçu ilə 75 dəqiqə oynadığı və son yarım saatda 5-1 məğlub girdiyi oynun sonunda “Haddersfild”i 7-6 məğlub etmişdir.

6. Finlandiyanın unudulmaz oyunçularından olan Pentti, 1986-cı ildə bir oyunda 5 avtoqol vurdu. Hətta matçdan sonra komanda yoldaşları tərəfindən Penttiyə zarafat məqsədi ilə kompas hədiyyə verildi.

7. 30 klub dəyişən Lutz Pfannenstiel, bütün 6 qitədə futbol oynayan yeganə oyunçu olub.

8. Trabzonspor, 1979-80 mövsümündə 30 oyunda vurduğu 25 qolla dünyanın “ən mənfi” çempionu adını qazandı (ortalama 0,833 qol).

9. "Uzun müddət oynamayan ən bahalı futbolçu" zədəsi səbəbindən “Real” dan “Milan”a 11 milyon funt sterlinqə gələn Fernando Redondodur. İlk matçının 3 -cü dəqiqəsində zədələnən Redondo təxminən 2,5 il meydandan kənarda qaldı. Redondo 2.74 milyon funt sterlinqi, evi və avtomobili Milana qaytarmaq istədi, lakin klub təklifi rədd etdi.

10. Hampden Park stadionunda keçirilən oyun "Avropadakı ən çox canlı tamaşaçı tərəfindən izlənilən oyun" kimi tarixə keçdi. 1937-ci ildə Şotlandiya Kubokunun finalında 146 min 433 biletli tamaşaçı “Seltik”-“Aberdin” oynunu canlı izlədi.

11. “Fənərbaxça” - “Qalatasaray” oyunlarında ən az tamaşaçı 17 Noyabr 1922 -ci ilə təsadüf etdi. İttihat Sahəsində oynanılan oynu, hamısı biletsiz olan cəmi 14 nəfər izlədi.

12. 2005-ci ildə “KK Palas”-“Civics” oynuda qalib gələn komanda 48 penalti zərbəsindən sonra müəyyənləşmişdi.

13. Bir mövsümdə avrokuboklara ən çox komanda göndərən şəhər Moskva idi. “Spartak”, “Dinamo”, “Torpedo” və “CSKA Moskva” 1996-97 mövsümündə UEFA Kubokunda mübarizə apardı.

14. 2-ci turda 2006 Dünya Çempionatı ilə vidalaşan İsveçrə, çempionat tarixinə qol buraxmadan mübarizədən kənarlaşdırılan ilk komanda olaraq yazıldı.

15. Kolumbiya matçında qazanılan 3 penaltidən yararlana bilməyən argentinalı Martin Palermo, beynəlxalq matçda "ən çox penaltini qaçıran futbolçu" oldu.

16. "Çempionlar Liqasında ən sürətli qol" David Trezeguetə məxsusdur. 1997-98-ci illərdə “Monako”da oynayan Trezeguetin zərbəsi 157,33 kilometr sürətlə “Mançester Yunayted” qapısına daxil oldu.

17. 1969-cı ildə İngiltərədə oynanılan oyunda 22 oyunçunun hamısı kartla cəzalandırılmışdı.

18. Ən çox qırılan ayaq rekordu Just Fontainə məxsusdur. Karyerası ərzində ayağı 4 dəfə sınan fransalı hücumçu 1962 -ci ildə yenidən ayağını sındırdıqdan sonra futbolla vidalaşdı.

19. AVRO-2008-in seçmə mərhələsində Almaniya səfərdə San Marinonu 13-0 məğlub etdi. Bu hesab Avropa çempionatının seçmə mərhələsindəki "ən fərqli nəticə" olaraq tarixə düşdü.

20. "Dünyanın ən sürətli het-trik" rekordu “Ros Counti”nin keçmiş futbolçusu Tommi Rosa məxsusdur. Ros 1964 -cü ildə Victroia Park stadionunda “Nairn Counti”yə qarşı 90 saniyədə 3 qol vurdu.