"Mən məşqdən imtina etməmişəm"
- 2021-08-06
Sakitliyini pozan, Harri Keyn, sabah məşqə qayıdacağını bildirib.
Harri Keyn, Tottenhemdə məşqlərdən imtina etməsi ilə bağlı iddiaları inkar edib.
28 yaşlı futbolçu, susqunluğuna son verərək twitter hesabından cari hadisələrlə bağlı açıqlama verib: "Mən artıq 10 ildir ki, Tottenhemdə oynayıram. Professionallığımı şübhə altına alan şərhləri oxumaq məni incidir. Vəziyyəti izah etməyəcəm, lakin dəqiqləşdirməliyəm ki, mən heç vaxt məşq etməkdən imtina etməmişəm. Planlaşdırıldığı üzrə, sabah məşqlərə qayıdıram. Heç vaxt məni dəstəkləyən azərkeşlərlə münasibətimi təhlükə altına qoymaram, necə ki, indi də bunu etmirəm.
Qeyd edək ki, Tottenhemin ulduz futbolçusunun adı Mançester Siti ilə hallandıqdan sonra, Harri,klubun yeni mövsüm məşqlərinə qatılmayıb.