"Barselona" prezidenti Messi haqqında danışdı
Digər

"Barselona" prezidenti Messi haqqında danışdı

  • 2021-08-06

"Barselon"nın prezidenti Joan Laporta Lionel Messi ilə müqaviləni uzatmamaları ilə bağlı danışıb.
Bu barədə klub rəhbəri "Sport.es"ə açıqlamasında bildirib ki, tərəflər razılığa gəlsə də, La Liqa üçün tətbiq olunan maliyyə feyr-pley qaydaları bu müqavilənin bağlanmasına imkan verməyib:

"Messi qalmaq istəyirdi. Aylarla belə çətin şəraitdə danışıqlar aparan hər kəsə təşəkkür edirəm.  Messinin başqa təklifləri var idi. Ancaq əsas məsələ maliyyə feyr-pley qaydası oldu. La Liqada məhdudiyyətlər qoyan bu cür qayda var. Maaş büdcəsini aşa bilmərik".

Laporta "Messi ilə bağlı nəyinsə dəyişəcəyinə ümid varmı?" sualını isə belə cavablandırıb: "Yalan ümidlər vermək istəmirəm. Bizim də, onun da vaxt məhdudiyyətimiz vardı. Maliyyə feyr-pley qaydaları dəyişməsə, oyunçular gələcəklərinin qayğısına qalmalıdır". 

Qeyd edək ki, karyerası ərzində yalnız "Barselona"da çıxış edən (2003-2021) Messinin Kataloniya klubu ilə müqaviləsi iyunun 30-da başa çatmışdı.