Digər

"Barselona"nın Messiyə təşəkkür videosu

  • 2021-08-06

"Barselona" klubu tarixi əfsanəsi olan Messiyə xüsusi təşəkkür videosu hazırlayıb.

Karyerası ərzində yalnız "Barselona"da çıxış edən (2003-2021) argentinalı hücumçunun klubla müqaviləsi iyunun 30-da başa çatmışdı. Messi "Barselona"da 778 oyunda 672 qol vurub, 305 məhsuldar ötürmə verib. 

Xatırladaq ki, "Barselona"nın mətbuat xidməti klubun inkişafında verdiyi töhvəyə görə Messiyə təşəkkür edib, ona şəxsi həyatında və futbolçu karyerasında uğurlar arzu edib.