Puyol Messinin gedişi barədə danışdı
Digər

Puyol Messinin gedişi barədə danışdı

  • 2021-08-06

"Barselona"nın əfsanəvi kapitanı Karles Puyol Lionel Messinin Kataloniya klubundan ayrılmasına münasibət bildirib.

Bu barədə İnstaqram hesabında paylaşım edən keçmiş müdafiəçi argentinalı hücumçunun klub üçün etdiklərinin əvəzsiz olduğunu bildirib:

"Çətin gündür, amma irəli "Barselona"! Hər şeyə görə çox sağ ol, Leo. Bizə verdiklərin üçün heç vaxt sənin borcundan çıxa bilmərik. Sənə hər şeyin ən yaxşısını arzu edirəm".

Qeyd edək ki, Puyolla Messi 11 il (2013-2014) bir komandada çıxış ediblər.