"Lester"in futbolçusunun ayağı qırıldı
Digər

"Lester"in futbolçusunun ayağı qırıldı

  • 2021-08-05

İngiltərənin “Lester” klubu ciddi itki ilə üzləşib.

Müdafiəçi Uesli Fofana sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Vilyarreal”la yoxlama matçında zədələnən Fofana meydanı xərəkdə tərk edib. Rəqibin hücumçusu Fer Ninonun kobud oyunu nəticəsində Fofananın ayaq sümüyü sınıb.

20 yaşlı futbolçunun azı 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.