Mixael Ballakın oğlu qəzada öldü
- 2021-08-05
Almaniya millisi, Bayern Münxen və Çelsinin keçmiş oyunçusu Mixael Ballakın 18 yaşlı oğlu Emilio Ballak faciəvi qəza nəticəsində dünyasını dəyişib.
18 yaşlı Emilio, Lissabonun cənubunda kvadrosikl sürərkən nahamar yolda idarəni itirərək qəzaya uğrayıb. Portuqaliya mediasının məlumatına görə, kvadrosikl onun üstünə aşıb və Emilio yerindəcə vəfat edib.
Çelsi klubu rəsmi twitter səhifəsində bu xəbərə təəssüfləndiyini bildirərək keçmiş oyuçusuna dəstəyini göstərib.