Baş məşqçisi Keyn haqqında danışdı
Digər

Baş məşqçisi Keyn haqqında danışdı

  • 2021-08-05

"Tottenhem"in baş məşqçisi Nuno Eşpiritu Santu  komandanın bir neçə məşqini buraxan hücumçu Harri Keynlə bağlı vəziyyətdən danışıb.

"Sky Sports" xəbər verir ki, o, indiyə kimi ingilis hücumçu ilə danışmadıqlarını bildirib: "Tezliklə Harri ilə danışa biləcəyimizi düşünürəm. İndiyə qədər bu, mümkün olmayıb. Başlamaq üçün bütün problemləri öz aramızda həll etməliyik, sonra mətbuata hər şeyi deyə bilərik. Vəziyyəti şərh etmək istəmirəm. Problemin yalnız aramızda müzakirə edilməli olduğunu düşünürəm. Hələlik ictimaiyyət arasında danışmayaq. Klub daxilində bir həll tapmağa çalışacağıq".

Qeyd edək ki, Keynin "Mançester Siti"yə transfer olunmasına razılıq verilməsi üçün məşqləri buraxdığı bildirilir