Fati 9 ay sonra meydanlara qayıdır
Digər

Fati 9 ay sonra meydanlara qayıdır

  • 2021-08-05

"Barselona"nın futbolçusu Ansu Fati diz zədəsindən sağalmaq üzrədir.

"The Sun"daverilən xəbərdə, 18 yaşlı oyunçu tezliklə Kataloniya təmsilçsinin əsas komandası ilə məşqlərə başlayacaq.Gənc futbolçu təxminən 9 aydır rəsmi oyunlarda oynamır. O, bu müddət ərzində  4 dəfə əməliyyat olunub. Fati keçən ilin noyabrında zədələnib.

Futbolçunun "Barselona"nın Çempionlar Liqasındakı açılış oyunlarına tam hazır olacağı gözlənilir.