Penalti necə yarandı?
Digər

Penalti necə yarandı?

  • 2021-08-05

Penalti necə ortaya çıxdı?

Futbolun olmazsa olmazı. Nəfəslərin tutulduğu və üçüncü bir şəxsin olmadığı tam mənası ilə bir “duello”. 7 metr 32 santimetr uzunluğunda, 2 metr 44 santimetr hündürlüyündə bir qapı və 11 metr uzaqlıqdakı ağ nöqtədən 420 qram ağırlığında bir top. Bəs bu futbol qanunu nece yarandı?

William McCrum adlı qapıçı tərəfindən verilən bu fikir İrlandiya Futbol Federasiyası tərəfindən dinlənildi və dinlənilən bu təklif tam olaraq belə idi:

“Qapıya  11 metr uzaqlıqda hər hansı bir oyuncu, rəqibinin ayağını ilişdirərsə, onu tutarsa və yaxud topa qəsdən əl vurarsa, hakim hücum edən komandanın lehinə penalti verməlidir. Penalti zərbəsi yerinə yetirən oyuncu və qapıçı xaricində digər bütün futbolçular topun ən az 5 metr uzağında olmalıdır. Penalti zərbəsi həyata keçdiyi anda top oyunda sayılır və bu zərbənin nəticəsi qol ola bilər.”

Təvatürə görə alicənab birinin əsla cərimə meydançası içində qeyri-idman hərəkətinin sərhədlərinə çıxmayacağını iddia eden İngilislər bu təklifi ilk dəfəsində rədd etmişdilər. 1891 ci ildə oynanılan bir Federasiya Kubokunun 1/4 final görüşündə qapıya gedən topu əli ilə çıxaran Notts County klubunun müdafiəçisi Jack Hendry sayəsində penalti qərarı qəbul edildi. Zaman keçdikcə futbol meydançası və  qanunlarıda indiki halını aldı.

Bəs ardıcıl penalti zərbələri necə ortaya çıxdı?

1968 Avropa Futbol Çempionatında İtaliya-SSRİ qarşılaşması qolsuz bərabərliklə başa çatdığından qələbə qazanan tərəf püşk atmaqla müəyyənləşdirildi. Oyunun hakimi Kurt Tschenscher cibindən çıxardığı xüsusi qəpik pul ilə püşk atmanı reallaşdırdı. Bu xüsusi qəpik pulun bir tərəfində qapı bir tərəfində top işarəsi vardı və bunu alman hakimə illər əvvəl bir türkiyəli həmkar hədiyyə etmişdi.

Bu püşk atmada üzləri gülən tərəf ev sahibi İtaliya millisi oldu və finala çıxan İtaliya millisi finalda Yuqoslaviya millisini iki oyunun nəticəsində məğlub  edərək zəfər qazanmışdı. Final oyununda püşk atma həyata keçirilmədiyindən çempionun bəlli olması üçün iki gün ara ilə iki oyun keçirilmişdi.

Bir həll yolu tapılmalı idi…

4 ay sonra başlayan 1968 ci il Olimpiyada oyunlarında püşk atma ilə turnirdən kənarlaşan İsrail əməkdaşları hərəkətə keçdilər. Bunun nəticəsində Beynəlxalq Futbol Birliyi Komitəsi (IFAB) 27 iyun 1970-ci ildə son nöqtəni qoydu, və ardıcıl penalti zərbələri qəbul olundu.  Çempion Klublar Kubokunda ilk dəfə 30 sentyabr 1970-ci ildə yeni bir tətbiq həyata keçirildi və “Everton”-“Borussiya Münhenqladbax” oyununda tətbiq olundu. İngiltərədə ilk ardıcıl penalti zərbəsini atan oyuncu isə George Best oldu. 

Təbii ki, ilk vaxtlarda bəzi xətalar yaşanırdı. “ÇSKA Sofiya”- “Panatinaykos” oyununda hakim ardıcıl penaltı zərbələrinin sayını unutduğundan yunan klubu bir dənə az penalti zərbəsi yerinə yetirmişdi. UEFA oyunu təkrar keçirmiş və 90 dəqiqə sonuda qələbə qazanan klub ilk oyunda olduğu kimi Bolqarıstan klubu olmuşdu.