Ronaldo "Barselona" ilə oynayacaq
Digər

Ronaldo "Barselona" ilə oynayacaq

  • 2021-08-04

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Joan Qamper kubokunda "Barselona" ilə matçda iştirak edə biləcək.

Bu barədə "Mundo Deportivo" məlumat yayıb. 36 yaşlı hücumçu bir neçə gündür ki, komanda ilə məşq edir. O, sözügedən yarışda Kataloniya klubu ilə oyunda meydanda olacaq. Lakin portuqaliyalı futbolçu 90 dəqiqə oynaya bilməyəcək.

Qeyd edək ki, "Barselona" - "Yuventus" matçı avqustun 8-i keçiriləcək.