UEFA reytinqində xalımız artdı
Digər

UEFA reytinqində xalımız artdı

  • 2021-08-04

Avrokuboklarda 3-cü təsnifat mərhələsinin ilk 10 oyunundan sonra UEFA reytinqi açıqlanıb.

"Neftçi"nin Avropa Liqasının 3-cü təsnifat mərhələsində evdə HİK-lə heç-heçə etməsi (2:2) Azərbaycanın mövqeyinə təsir etməyib. Ancaq ölkəmiz xal ehtiyatını 0,125 xal artırıb. Azərbaycan 13,750 xalla 29-cu sıradakı mövqeyini qoruyub.

Qeyd edək ki, 28-ci pillədə olan Sloveniyanın 14,125 xalı var.