Kroos əməliyyat olunacaq
Digər

Kroos əməliyyat olunacaq

  • 2021-08-04

"Real"ın futbolçusu Toni Kroos əməliyyat olunacaq.

Klubun saytına əsasən, 31 yaşlı yarımmüdafiəçinin qasıq nahiyəsində xroniki zədə aşkarlanıb. İspaniya mətbuatı alman oyunçunun təxminən 6-8 həftə oynamayacağını yazıb.

Qeyd edək ki, Kroos ötən mövsüm La Liqada oynadığı 28 matçda 3 qol vurub, 10 qolun ötürməsini verib.