Konfrans Liqasında mümkün rəqiblərimiz müəyyənləşdi
Avropa liqaları

Konfrans Liqasında mümkün rəqiblərimiz müəyyənləşdi

  • 2021-08-02

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Püşk zamanı  Avropa Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Neftçi" - HİK cütünün məğlubu və Konfrans Liqasının 3-cü təsnifat mərhələsində oynanılacaq "Qarabağ" - AEL cütünün qalibinin potensial rəqibləri bəlli olub. Neftçi" - HİK cütünün məğlubu Konfrans Liqasının pley-off mərhələsində “Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları) cütünün qalibi ilə qarşılaşacaq. Məğlub komanda ilk oyununu evdə keçirəcək.

"Qarabağ" isə mərhələ adlayacağı təqdirdə, "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək və ilk görüşünü evdə oynayacaq.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 19 avqust, cavab görüşləri isə 26 avqust tarixlərində keçiriləcək.