Konfrans Liqasında mümkün rəqiblərimiz müəyyənləşir
Avropa liqaları

Konfrans Liqasında mümkün rəqiblərimiz müəyyənləşir

  • 2021-08-02

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Püşk zamanı  Avropa Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Neftçi" - HİK cütünün məğlubu və Konfrans Liqasının 3-cü təsnifat mərhələsində oynanılacaq "Qarabağ" - AEL cütünün qalibinin potensial rəqibləri bəlli olacaq.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

"Qarabağ" mərhələ adlayacağı təqdirdə, aşağıda qeyd olunan 4 cütdən birinin qalibi ilə qarşılaşacaq.

SSKA (Sofiya, Bolqarıstan) - "Osiyek" (Xorvatiya)

"Pakuş de Fereyra" (Portuqaliya) - "Larn" (Şimali İrlandiya)

"Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya)

"Çukariçki" (Serbiya) - "Hammarbyu" (İsveç)

"Netçi" - HİK cütünün məğlubu isə aşağıdakı cütlərdən birinin qalibi ilə qarşılaşacaq:

“Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları)

“Linfild” (Şimali İrlandiya) – “Fola” (Lüksemburq)

“Şemrok Rovers” (İrlandiya) – “Teuta” (Albaniya)

“Riqa” (Latviya) – “Hibernians” (Malta)

“Priştina” (Kosovo) – “Bodo Qlimt” (Norveç)

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 19 avqust, cavab görüşləri isə 26 avqust tarixlərində keçiriləcək.