Fransa Superkubokunun qalibi müəyyənləşdi
Avropa liqaları

Fransa Superkubokunun qalibi müəyyənləşdi

  • 2021-08-02
Fransa Superkubokunun qalibi müəyyənləşib.

İsrailin paytaxtı Təl-Əvivdəki "Blumfild" stadionunda keçirilən həlledici matçda ötən mövsüm Fransa kubokunun qalibi PSJ və ölkə çempionu "Lill" üz-üzə gəlib. Matç "Lill"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 44-cü dəqiqədə Şeka vurub.

Bununla da, klub tarixində ilk dəfə ölkə Superkubokunun sahibi olub.

Qeyd edək ki, "Lill"də Türkiyə millisinin üzvləri Burak Yılmaz, Yusuf Yazıcı, Zeki Çelik çıxış edir. Burak sözügedən görüşə start heyətdə başlayıb, Yusuf 79-cu dəqiqədə meydana daxil olub, Zeki isə heyətdə yer almayıb. B.Yılmaz yeganə qolun ötürməsini verib.

Fransa Superkuboku

1 avqust

"Lill" - PSJ
 - 1:0
Qol:
 Şeka, 44
"Blumfild" stadionu, Təl-Əviv