Hans-Diter Flik "alman maşını"nın sükanında
- 2021-08-01
Mayın 25-də Almaniya millisinə baş məşqçi təyin olunan Hans-Diter Flik bu gün yığmada işə başlayıb.
Flik, əvvəlcədən nəzərdə tutulduğu kimi, Avro-2020 başa çatdıqdan sonra Yoahim Lövün komandadan ayrılmasının ardından millidəki işinə start verib. Bundestreyner kimi ilk intervyusunda o, bununla bağlı danışıb:
"Mənim üçün milli komandanın baş məşqçisi olmaq böyük məsuliyyətdir. Həqiqətən əlimdən gələni edəcəyəm ki, yenidən maraqlı futbol oynayaq və insanları yenidən həyəcanlandıraq. Milli komandanın uğuru hər şeydən üstündür. Klub səviyyəsindən fərqli bir atmosfer və fərqli bir anlayış var. Gələcək üçün əsas prioritet yığmanın yaxşı və uğurlu futbol oynamasıdır".
Nəzərə çatdıraq ki, Yoahim Löv, 2006-cı ildə alman millisinin başına keçdikdə Flik onun köməkçisi kimi yığmada işə başladı və 2014-cü ilə qədər bu vəzifədə qaldı.