Ronaldo ən yaxşı hücumçu seçildi
Avropa liqaları

Ronaldo ən yaxşı hücumçu seçildi

  • 2021-05-31

İtaliya A Seriyasında 2020/2021 mövsümünün ən yaxşıları müəyyənləşib.

"Milan"dan ayrılan Canluici Donnarumma ən yaxşı qapıçı seçilib. O, ötən mövsüm 37 matçda 38 qol buraxıb, 14 oyunda qapısını toxunulmaz saxlayıb. Kristian Romero ("Atalanta") ən yaxşı müdafiəçi adına layiq görülüb.  Argentinalı oyunçu A seriyasında 31 oyuna çıxıb, 2 qol vurub və 3 qolun ötürməsini verib.

 

Nikolo Barella ("İnter") ən yaxşı yarımmüdafiəçi olub. İtaliyalı futbolçu ötən mövsüm meydanda olduğu 36 matçda 3 qol vurub, 9 qol ötürməsi ilə yadda qalıb. Ən yaxşı hücumçu adına 33 matçda 29 qol vuran və 2 qol ötürməsi verən Kriştiano Ronaldo ("Yuventus") layiq görülüb.

Romelu Lukaku ("İnter") isə turnirin ən yaxşı oyunçusu seçilib.  O, 36 oyunda 24 qol vurub, 11 qolun ötürməsini verib.

Xatırladaq ki, Ronaldo A seriyasında ötən mövsümün ən çox qol vuran oyunçusu olub.