Çalhanoğludan uğurlu çıxış
Avropa liqaları

Çalhanoğludan uğurlu çıxış

  • 2021-07-29

"İnter"in yeni transferi Hakan Çalhanoğlu komandadakı çıxışı ilə diqqət mərkəzinə düşüb.

O, buna ötən gün "Kratone" ilə yoldaşlıq görüşündə nail olub. Milan təmsilçisinin 6:0 hesabı ilə qalib gəldiyi matçda 27 yaşlı yarımmüdafiəçi 1 qol vurub və 3 qolun ötürməsini verib.

"İnter"in digər qollarına Marselo Brozoviç, Federiko Dimariko, Andrea Pinamonti, Stefano Sensi və Martin Satriano imza atıb.

Qeyd edək ki, Türkiyə millisinin də aparıcı üzvlərindən olan Hakan "İnter"ə iyunun 22-si "Milan"dan keçib.