Eriksen İtaliyaya qayıdır
- 2021-07-29
İnter Milanın yarımmüdafiəçisi Kristian Eriksen karyerasının davamı ilə bağlı suallara aydınlıq gətirmək üçün testlərdən keçəcək.
Defibrilyator implantasiya olunmuş 29 yaşlı danimarkalının A seriyasındakı taleyini müəyyənləşdirmək üçün gələn həftə İnterdə həkim baxışından keçməsi gözlənilir. Yoxlanış nəticələri ən yüksək səviyyədə olsa belə, Eriksen yaşıl meydanlardan ən az 6 ay uzaq qalacaq.
Kristianın İtaliyaya qayıtmasının digər səbəblərindən biri Avqustun əvvəllərində klub yoldaşları ilə görüş planıdır. O, 2010-cu ildən bəri ilk dəfə İnterin A seriyasında titul qazanmasında böyük pay sahibi olmuşdur.
Qeyd edək ki, Danimarkanın ulduz futbolçusu Avro 2020-nin qrup mərhələsində millsinin Finlandiya ilə açılış oynunun 40-cı dəqiqəsində ürək tutması keçirərək yerə yıxılmışdır. Yalnız 15 dəqiqəlik müdaxilədən sonra həkimlər onu həyata qaytara bilmişdilər.