Klublarımız cavab oyununa çıxır
- 2021-07-29
Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Təmsilçilərimizdən "Qarabağ" ilk oyunda evdə 0:0 hesablı heç-heçə etdiyi "Aşdod"la (İsrail) bu dəfə səfərdə üz-üzə gələcək.
"Keşlə" "Soçi" ilə doğma meydanda qarşılaşacaq. Komandalar arasında Rusiyada keçirilən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Sumqayıt" isə ilk oyunda Belqradda qolsuz bərabərliyə razılaşdığı "Çukariçki" (Serbiya) ilə evdə oynayacaq.
UEFA Konfrans Liqası
29 iyul
21:00. "Aşdod" (İsrail) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Novak Simoviç (Serbiya)
Aşdod. "Aşdod" stadionu.
İlk oyun - 0:0
20:00. "Keşlə" (Azərbaycan) - "Soçi" (Rusiya)
Baş hakim: Viktor Şimusik (Belarus)
Bakı. "ASK Arena".
İlk oyun - 0:3
20:00. "Sumqayıt" (Azərbaycan) - "Çukariçki" (Serbiya)
Baş hakim: Yorgen Burxardt (Danimarka)
Sumqayıt. "Kapital Bank Arena"
İlk oyun - 0:0