İtaliyanın məşhur klubu həvəskar liqasında
- 2021-07-27
İtaliyanın "Kyevo" klubu B seriyasından kənarlaşdırılıb və peşəkarlıq statusunu itirib.
Bu barədə "Football İtalia" nəşri məlumat yayıb. Bildirilib ki, klub qərardan sonra apellyasiya şikayəti verib, lakin şikayət rədd edilib.
"Kyevo"nuj vergi orqanlarına borcları ilə əlaqədar bu qərar verilib.
Beləliklə, klub yeni mövsüm həvəskar liqası olan D seriyasında çıxış edəcək.
Qeyd edək ki, "Kyevo" ötən mövsüm B seriyasında 38 oyunda 56 xal toplayaraq turnir cədvəlində 8-ci yeri tutmuşdu.