İtaliya klubuna ağır cəza
- 2021-07-16
FİFA İtaliyanın “Spetsiya” klubuna transfer qadağası qoyub.
“Football Italia”ya əsasən, A seriyası təmsilçisi 18 yaşdan aşağı futbolçuların qeydiyyatı zamanı qaydaları pozduğu üçün bu cəza ilə üzləşib.
FİFA “Spetsiya”ya 4 illik transfer qadağası qoyub.
Qeyd edək ki, “Spetsiya” A seriyasında ötən mövsümü 15-ci sırada bitirib.