Fransada mövsümün rəmzi komandası açıqlandı
Avropa liqaları

Fransada mövsümün rəmzi komandası açıqlandı

  • 2021-05-24

Fransa Liqa 1-də mövsümün rəmzi komandası açıqlanıb.

Fransa Peşəkar Futbolçular Birliyi tərəfindən müəyyənləşdirilən rəmzi heyətdə çempion “Lill”dən 2, mövsümün gümüş mükafatçısı PSJ-dən isə 5 futbolçu yer alıb. “Lill”in çempionluğunda böyük pay sahibi olan türkiyəli futolçular Burak Yılmaz, Zeki Çelik və Yusuf Yazıcı isə rəzmi komandaya düşməyib.

Qapıçı: Keylor Navas (PSJ)

Müdafiəçilər: Reinildo Mandava (“Lill”), Presnel Kimpembe, Markinyos (hər ikisi PSJ), Conatan Klauss (“Lans”)

Yarımmüdafiəçilər: Lukas Paketa (“Lion”), Orelyen Tuçameni (“Monako”), Benjamen Andre (“Lill”)

Hücumçular: Kilian Mbappe, Neymar (hər ikisi PSJ), Memfis Depay (“Lion”).