Konfrans Liqasına start verildi
Avropa liqaları

Konfrans Liqasına start verildi

  • 2021-07-07

Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

İlk oyun günündə üç matç keçirilib.
 
Malta “Mosta”sı doğma meydanda Trnava “Spartak”ına (Slovakiya) 3:2, Albaniya “Laçi”si  Monteneqro “Podqoritsa”sına 1:0 hesabı ilə qalib gəlib. “Santa-Koloma” - “Mons Kalpe” görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
 
Mərhələnin qalan ilk görüşləri iyulun 8-də keçiriləcək.
 
Qeyd edək ki, Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Qarabağ”, “Sumqayıt” və “Keşlə” mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq.

6 iyul
 
"Mosta" (Malta) - "Spartak" (Trnava, Slovakiya) - 3:2
 
"Santa-Koloma" (Andorra) - "Mons Kalpe" (Cəbəllütariq) - 1:1
 
"Laçi" (Albaniya) – "Podqoritsa" (Monteneqro) - 1:0