Levandovski ən yaxşı seçildi
Avropa liqaları

Levandovski ən yaxşı seçildi

  • 2021-07-05

"Bavariya"da 2020/21 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Kllubun rəsmi saytına əsasən, qalib Robert Levandovski olub. O, azarkeşlərin 76,8 faiz səsini toplayıb.


İkinci yeri Tomas Müller tutub (10,3 faiz). Jozua Kkimmix 3-cü olub(6,9 faiz).

Qeyd edək ki, Levandovski ötən mövsüm "Bavariya"da 40 matçda 48 qol vurub.