La Liqada qalib müəyyənləşdi
- 2021-05-22
İspaniya La Liqasında 2020/21 mövsümünün qalibi müəyyənləşib.
İspaniya liqasında qalib "Atletiko" olub. Madrid təmsilçisi son turda "Real Valyadolid"lə qarşılaşıb. Komanda 2:1 hesablı qələbə qazanıb. Beləliklə, "Atletiko" xallarının sayını 86-ya çatdırıb və ən yaxın izləyicisi "Real"ı 2 xal qabaqlayaraq tarixində 11-ci dəfə ölkə çempionu olub.
"Real Valyadolid" - "Atletiko" - 1:2
Qollar: Plano, 18 - Korrera, 57, Suares, 67