"Barselona"da 2020/21 mövsümünün ən yaxşısı
Avropa liqaları

"Barselona"da 2020/21 mövsümünün ən yaxşısı

  • 2021-07-01

"Barselona"da 2020/21 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

Klubun saytına əsasən, qalib Frenki de Yonq olub. Yonq klub rəhbərliyi, fan klub üzvləri və Kataloniya qəzetinin işçiləri tərəfindən mövsümün ən yaxşısı kimi qiymətləndirilir. 24 yaşlı yarımmüdafiəçi səsvermədə Lionel Messi və Mark-Andre ter Ştegeni geridə qoyub.

Qeyd edək ki, De Yonq geridə qalan mövsüm 51 matçda 7 qol vurub və 8 qolun ötürməsini verib.