UEFA püşkatmanın saatını açıqladı
Avropa liqaları

UEFA püşkatmanın saatını açıqladı

  • 2022-08-17

Çempionlar Liqasının qrup mərhələsinin püşkatma tarixi məlum olub. 

UEFA-nın saytına istinadən, tədbir avqustun 25-də Türkiyənin İstanbul şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Tədbir zamanı 2022-ci ildə Avropanın ən yaxşı oyunçusu da müəyyənləşəcək. Namizədlərin siyahısı hələ açıqlanmayıb. Ötən il bu mükafatı "Çelsi"nin yarımmüdafiəçisi Jorjinyo qazanıb.

Qeyd edək ki, "Qarabağ" ÇL-in pley-offunda "Viktoriya"nı (Çexiya) keçsə qrup mərhələsində oynayacaq.