Bundesliqasında 2-ci tura yekun vuruldu
Avropa liqaları

Bundesliqasında 2-ci tura yekun vuruldu

  • 2022-08-15

Almaniya Bundesliqasında 2-ci tura yekun vurulub.

Son çempion "Bavariya" evdə "Volfsburq"a 2:0 hesabı ilə qalib gəlib. "Maynts" isə "Union"la (Berlin) qolsuz bərabərə qalıb.

14 avqust 

"Bavariya" - "Volfsburq" - 2:0
Qollar: 
Musiala, 33, Müller, 44

"Maynts" - "Union" (Berlin) - 0:0

Qeyd edək ki, turnir cədvəlinə 6 xalla "Bavariya" başçılıq edir. Dortmund "Borussiya"sı 6 xalla 2-ci, Münhenqladbax "Borussiya"sı 4 xalla 3-cüdür.