Ötən mövsümün ən yaxşı futbolçusu adına 3 namizəd
Avropa liqaları

Ötən mövsümün ən yaxşı futbolçusu adına 3 namizəd

  • 2022-08-13

UEFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədlərin adını açıqlayıb.

Qurumun rəsmi saytına istinadən, siyahıda 3 oyunçu yer alıb.

Bunlar "Real"ın qapıçısı Tibo Kurtua və hücumçusu Kərim Benzema, "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Brüynedir.

Qeyd edək ki, qalibin adı avqustun 25-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.