Ançelotti Qvardiolanın rekordunu yenilədi
Avropa liqaları

Ançelotti Qvardiolanın rekordunu yenilədi

  • 2022-08-11

"Real"ın baş məşqçisi Karlo Ançelotti UEFA Superkubokunda yeni rekorda imza atıb. 

Bu, onun komandasının ötən gecə "Ayntraxt"ı məğlub edərək (2:0) kuboku qazanması ilə reallaşıb. Nəticədə Ançelotti karyerasında 4-cü dəfə UEFA Superkubokunun qalibi olub. Bu, rekord göstəricidir. 63 yaşlı çalışdırıcı 3 qələbə qazanan "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanı keçib.

Ançelotti daha əvvəl "Milan"la 2 dəfə (2003, 2007), "Real"la isə 1 dəfə (2014) UEFA Superkubokunun qalibi olub.